| “AzİNMAŞ – 100BF” (УПБ-100) mobil qazma qurğusu 2010-10-26 Təklif edilir – “AzİNMAŞ – 100BF” (УПБ-100) mobil qazma qurğusu. Hazırki vaxtda zavodumuzda yükqaldırma qabiliyyəti 100 tonn olan, “AzİNMAŞ – 100BF” mobil qazma qurğusunun növbəti dəstinin istehsalı tamamlanır. İstehsal olunan mobil qazma qurğuda Dövlət Neft şirkətinin Kompleks Qazma İşləri Trestin qazma sahələrində müvəffəqiyyətlə işləyən qurğuların istismarı nəticəsində neftçilər tərəfindən verilən bütün səmərəli və məqsədəuyğun rəy və təklifləri qurğuya tətbiq edilmidir. 5-oxlu MZKT–7004 tipli avtoşassi quradırılmış qurğuda aşağıda sadalanan yeniləşmiş yığım düyünləri və mexanizmlər tətbiq edilmişdir:
1. İşçi meydançasının və qazmaçı meydançasının, yeni hündürlüyü 3200-dən 5000 mm-ə qədər tənzimlənən variantı layihələndirilmiş və istehsal edilmişdir. Yeni meydançalar daha sərt və dayanıqlı variantda işlənmişlər.
2. Qazma əməliyyatlarının aparılması üçün təyin edilmiş şaquli kardan intiqallı (zəncirli reduktorun əvəzinə) R-560BF rotoru layihələndirilmiş və istehsal edilmişdi. Rotor masası ikipilləli silindrik ötürülməsi vasitəsi ilə fırladılır.
3. Yuxarı fəhlə balkonun yeni, 5 səviyyəli variantında işlənmişdir və qazma əməliyyətları 16–21 m uzunluğunda şamlarla aparılmasına imkan verir.
4. Qurğudan qrunta 0,02 MPa az təzyiqini təmin edən xüsusi fundament sistemi – apparellər sistemi tətbiq edilmişdir.
5. Qazma şlanqının qoşulması üçün orijinal konstruksiyalı fırlanğıc ilə təchiz edilmiş dayaq borusu tədbiq edilmişdir.
6. Qurğunun hidravlik sistemində, idarə sistemlərində və s. mexanizmlərdə məqsədəuyğun dəyişikliklər tətbiq edilmişdir və s.
Qurğunun əsas parametrləri:
Tel.: (99412) 428 93 75, 425 59 60, 425 53 01 Fax: (99412) 425 59 60, 428 93 91 E-mail: office@bf-azer.com, bakifehlesi@bk.ru |



