"Bakı Fəhləsi" maşınqayırma zavodu neft-məd'dən avadanlıqlarının və eləcədə xalq istehlakı mallarının istehsalı üzrə ixtisaslaşmış iri müəssisədir.
"Bakı Fəhləsi" maşınqayırma zavodu "Azneftkimyamaş" Dövlət Şirkətinə daxildir və 1900-cü ildə Bakı şəhərinin Balaxanı-Sabunçu rayonunun Sabunçu qəsəbəsinin 101-ci sahəsində əvvəlki "Benkendorf" neft firmasının kiçik e'malatxanalarının bazasında yaradılmışdır.
Bu emalatxanalar əsasən o dövrün mürəkkəb olmayan neft avadanlıqlarının tə'miri işlərini görməklə, sür'ətlə inkişaf edən Bakı neft sənayesinin tələbatlarını ödəməyə çalışırdılar ki, bu da Azərbaycanın iqtisadiyyətına təsir etmirdi. 1920-ci ildən sonra həmin e'malatxanalar milliləşdirilərək ona "Bakı Fəhləsi" adı verildi.
Keçən 103 il vaxt ərzində "Bakı Fəhləsi" maşınqayırma zavodu böyük inkişaf yolunu keçərək, məhdud imkanlara malik olan kiçik e'malatxana çərsivəsində Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında böyük payı olan iri maşınqayırma zavoduna çevirilmişdir.
Tarixi zəmindən "Bakı Fəhləsi" maşınqayırma zavodunun inkişafını 5 əsas mərhələyə bölmək olar.
I mərhələ - 1900-1920-ci illər Benkendorf firmasının e'malatxanalarının yaradılmasından Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər dövrü əhatə edir.
II mərhələ - 1920-1941-ci illər, Vətən maşınqayırmasının yaradılması, elm və texnika dünyanın qabaqcıl səviyyəsinə çatdırılması dövrü.
III mərhələ - 1941-1945-ci illər müharibə dövrü - müdafiə texnikasının istehsalı dövrü.
IV mərhələ - 1945-1991-ci müharibədən sonrakı dövr, istehsal gücünün dönmədən artırılması, texniki-iqtisadı göstəricilərinin yaxşılaşdırılması, məhsul çeşidinin genişləndirilməsi ilə xarakterizə edilir.
V mərhələ - 1991-ci ildən sonrakı dövr - yəni Azərbaycan Respublikasının müstəqilliyi dövrü, bazar iqtisadiyyatına keçid və çox yönlü fəaliyyətlə xarakterikdir.



